İrəvan “İslam Dövləti” terror qruplaşması ilə mübarizə üzrə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulacaq. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenlə Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənədin imzalanması mərasimində deyib.
“Ermənistan İslam Dövlətini məğlub etmək üçün yaradılan koalisiyaya qoşulmağa hazırlaşır. Biz inanırıq ki, terrorizmə qarşı mübarizədə birgə fəaliyyət vacib olacaq”. (Tass)