Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün martın 1-də Türkiyəyə yola düşəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etmək üçün martın 1-də Antalyaya işgüzar səfərə yola düşəcək”, – deyə departamentdən bildirilib. (Tass)