Humanitar məsələlərin həll olunmaması Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ehtimalını azaldır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İlk növbədə, hər hansı münaqişənin hərtərəfli həlli xalqların sülhə hazırlanmasını nəzərdə tutur və həll olunmamış humanitar məsələlərin əlavə və süni şəkildə uzadılması bu məqsədə xidmət etmir və yalnız onun ehtimalını azaldır. Bu məlumatlandırma Azərbaycanla müzakirələr zamanı, o cümlədən müxtəlif beynəlxalq platformalarda da dəfələrlə vurğulanıb”, – idarənin məlumatında deyilir. (Tass)