Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Belarusda keçiriləcək sammitində iştirak etməyəcək, Ermənistan XİN məlumat yayıb.
Noyabrın 21-də Belarus tərəfinin təşəbbüsü ilə Mirzoyanla onun belaruslu həmkarı Sergey Aleynik arasında telefon danışığı olub. Söhbət zamanı Mirzoyan qeyd edib ki, noyabrın 22-də Minskdə keçiriləcək Xarici İşlər, Müdafiə nazirlikləri və KTMT Təhlükəsizlik Şurası katibləri şuralarının birgə iclasında iştirak edə bilməyəcək. Qeyd edək ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək. sammitində iştirakdan imtina etdiyini açıqlayıb. (Sputnik Armenia)