Bakı vaxtı ilə saat 12:00-a olan məlumata görə, Dağlıq Qarabağdan olan 68 mindən çox məcburi köçkün Ermənistana gəlib. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Saat 12:00-a Dağlıq Qarabağdan Ermənistana 68 386 məcburi köçkün gəlib”, – Baqdasaryan Facebook-da yazıb.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, artıq Ermənistanın müxtəlif bölgələrində təxminən 11 min qaçqın mənzillə təmin olunub, qalanları isə özlərinə yaşamaq üçün yer tapıblar. Hökumət Qarabağdan olan mühacirlərə kömək üçün əlavə vəsait ayırmaq niyyətindədir. Pensiyaçılar Ermənistanın pensiya sisteminə uyğun pensiya alacaqlar. (Tass)