Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistanda milli əhəmiyyətli qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir.
“Təkcə bu gün deyil, həm də millətin tarixi kontekstində milli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Onlar [hakimiyyət orqanları] ictimai rəyə arxalanmadan, plebisitin nəticələrinə əsaslanmadan bu qərarları qəbul edirlər”. Zaxarova Ermənistandakı vəziyyət barədə danışıb.
O, əlavə edib ki, Ermənistanda hökumət rəsmilərinin son hərəkətləri seçkilərdən əvvəl vəd etdikləri hər şeyə ziddir. (Tass)