Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında telefon danışığı olub, onlar regionda baş verənləri və ermənilərin Dağlıq Qarabağdan köçürülməsi nəticəsində yaranmış vəziyyətlə bağlı məsələləri müzakirə ediblər. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında telefon danışığı olub.Ermənilərin Dağlıq Qarabağdan guya məcburi köçürülməsi nəticəsində yaranmış vəziyyətlə bağlı məsələlər, regional vəziyyət və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyi müzakirə edilib ” mesaj deyilir.
Həmsöhbətlər bu həftə Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində müzakirələri davam etdirmək barədə razılığa gəliblər. (Tass)