Avqust 18, 2025-1:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək – Qərbi Azərbaycan Xronikası

2025:05:16 - 10:00
in SİYASƏT
A A

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Ermənistan mediasında Qərbi Azərbaycanla bağlı sensasiya doğuran məqalə” adlı süjetdə Zəngəzur və azərbaycanlıların qayıdışı məsələsi əhatə olunub.

Ermənistanın “Past” nəşrinə görə, Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı konkret layihə təqdim edib. Bu layihə yaxın vaxtlarda reallaşdırıla bilər. Ermənistan rəhbərliyi məsələni gizlətməyə çalışsa da, qayıdış danışıqların əsas mövzularındandır.

Məqalədə həmçinin Qayıdış Konsepsiyası, Prezident Əliyevin bu istiqamətdəki çıxışları və Zəngəzurla bağlı planlar qeyd olunur. Bildirilir ki, dəhliz açılacaq, azərbaycanlıların yaşadığı eksklav yaradılacaq və bu, yalnız Zəngəzurla məhdudlaşmayacaq. Layihənin icrası Ermənistanın öhdəsinə düşür, Azərbaycan dili isə bu ölkənin rəsmi strukturlarında istifadə oluna bilər.

Məqalənin dərc olunması erməni cəmiyyətinə qayıdış reallığının çatdırıldığını göstərir və Qayıdış Konsepsiyasının yaxın olduğunu təsdiqləyir.

Qeyd edək ki, “Qərbi Azərbaycan Xronikası” layihəsinin məqsədi Qərbi Azərbaycanın tarixi mirasını tanıtmaq, deportasiya faktlarını, silinmiş toponimləri və maddi-mədəni irsi üzə çıxarmaq, eləcə də Qayıdış Konsepsiyasının mahiyyətini və tarixçilərin, deportasiya olunmuş şəxslərin fikirlərini ictimaiyyətə çatdırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 15-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Əvvəlki Yazı

Türkiyə, Rusiya və Ukraynanın üçtərəfli görüşü cümə günü İstanbulda keçiriləcək

Növbəti Yazı

31 il əvvəl şəhid olmuş əsgərin nəşi Naxçıvana gətirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.