Avqust 25, 2025-23:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ermənistanın təxribatı nəticəsində yaralanan əsgər hadisənin necə baş verdiyindən danışıb

2024:02:13 - 13:20
in SİYASƏT
A A
Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə hadisənin necə baş verdiyindən danışıb.

O, “Report”a açıqlamasında bildirib ki, həmin vaxt sərhəd döyüş mövqeyində xidmətdə olub.

“Düşmənin qarşıdakı postunun müşahidəsini aparırdıq. Bu zaman ermənilər atəş açdı. Güllə mənə dəydi və yerə yıxıldım”, – hərbi qulluqçu söyləyib.

P.Xəlilzadə bildirib ki, hazırda səhhəti normaldır: “Sərhədçi kimi özümlə fəxr edirəm. Xidmət etdiyim torpağın hər qarışında şəhid qanı var. Hər zaman öz gücümüzü göstərmişik”.

Yaralı əsgər hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur. Tibb müəssisəsinin spinal neyrocərrahiyyə şöbəsinin müdiri Rasim Quliyev deyib ki, ötən gün xəstəxanaya daxil olan əsgər axşam saatlarında təxirəsalınmaz əməliyyata götürülüb.

Onun sözlərinə görə, əməliyyat nəticəsində Pərviz Xəlilzadə onurğa kanalına sirayət edən güllə çıxarılıb: “O, xəstəxanaya daxil olarkən vəziyyəti ağır qiymətləndirilib. Hazırda vəziyyəti qənaətbəxşdir. Bir güllə yarası alıb, güllə boyun yan səthindən keçib spinal kanalın yumşaq toxmalarında dayanıb. Çıxarılan yad cisim hərbi mütəxəssislərə göstərilib. Müəyyən olunub ki, xaricdə istehsal olunan snayper gülləsidir. Müalicənin kəskin dövrü 3,4, 5 gün çəkir. Sonra müalicəsi DSX-nın Hərbi Hospitalında davam etdiriləcək. Hərbi qulluqçu 2-3 aydan tez xidmətə qayıda bilməz”.

Rasim Quliyev

Rasim Quliyev

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü, 1-nin yaralandığını etiraf edib.

Əvvəlki Yazı

Azərbaycanda sənaye istehsalı 20 % azalıb

Növbəti Yazı

Prezident İlham Əliyev 3 gün ərzində and içəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.