Ukrayna Rusiya ilə danışıqlara başlamaq üçün kifayət qədər güclü olmalıdır, ona görə də Kiyev özünün güclənməsini Qərb tərəfdaşlarından axtarır. Bu barədə Ukraynanın “Public News” nəşrinə müsahibəsində Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak bildirib.
“Bu gün biz tərəfdaşlarımızla Ukraynanı gücləndirməyin nə üçün bu qədər vacib olduğunu müzakirə edirik ”, – deyə o bildirib: “Danışıqlara başlamaq üçün Ukrayna güclü olmalıdır və o zaman Rusiya Federasiyası ilə bu mövzuda bərabər şərtlər altında danışa biləcək.” (Tass)