Qərbin başında duran ABŞ Fələstin-İsrail münaqişəsindən qazanc əldə edir və xaosun necə baş verdiyini kənarda izləyir. Bunu Suriya Prezidenti Bəşər Əsəd Birinci Kanalda yayımlanan “Qlobal Çoxluq” proqramına müsahibəsində deyib.
“Amerika” deyəndə biz bütün Qərbi nəzərdə tuturuq, çünki o, Birləşmiş Ştatların nəzarətindədir, Amerika istənilən münaqişədən qazanc əldə edir, sonra isə kənara çəkilib artan xaosu izləyir və həll edici zərbənin mümkün olacağı anı gözləyir”, – deyə prezident ABŞ-ın Fələstin-İsrail münaqişəsindəki rolu ilə bağlı sualı cavablandırarkən Suriyaya diqqət çəkib.
“Onlar istənilən münaqişədən faydalanır”, – Əsəd vurğulayıb.
Onun sözlərinə görə, Amerika siyasəti “parçala və hökm sür” prinsipinə əsaslanır. “Bu, onların nəzarət üsuludur, bir növ şantajdır”, – deyən Əsəd qeyd edib ki, Amerika hər hansı bir münaqişəni diabet və ya xərçəng kimi təhlükəli xroniki xəstəliyə çevirir. (Tass)