Avqust 19, 2025-1:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Əsəd Şirinov: “Kür və Araz çayların sərflərinin azalması ən çox Azərbaycanda hiss olunur”

2024:04:05 - 13:55
in İQTİSADİYYAT
A A

Kür, Araz və digər çayların sərfləri son illərdə azalmaqla yanaşı, bu təsirlər aşağı axar ölkəsi olan Azərbaycanda daha çox hiss edilməkdədir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakıda keçirilən “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.

Onun sözlərinə görə, bu istiqamətdə, iqlim dəyişikliklərinin təsirlərinin daha effektiv öyrənilməsi üçün kosmik müşahidənin önəmi də ildən-ilə artmaqdadır.

“Bir tərəfdən, xüsusən yaz aylarında, getdikcə şiddətlənən daşqınların şahidi oluruq, digər tərəfdən isə artan istilər səbəbindən uzunmüddətli quraqlıqlar su ehtiyatlarımız üzərində böyük stress yaratmağa davam edir. Bu hadisələr təkcə kənd təsərrüfatı fəaliyyətlərini təhlükə altına qoymur, həm də qida təhlükəsizliyi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və əhalinin sosial-maddi rifahına birbaşa təsir edir. Kosmik müşahidə stansiyaları və peyklər Yer kürəsini bizim edə bilməyəcəyimiz şəkildə görməklə dəniz səviyyəsi, buz örtükləri və atmosferimizdə insan fəaliyyətinin getdikcə artan karbon ayaq izini müəyyən etməyə önəmli töhfələr verir”, – Ə. Şirinov bildirib.

O qeyd edib ki, Azərbaycanın ayrı-ayrı inzibati rayon əraziləri üçün suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətini əks etdirən elektron su xəritələri hazırlanıb və vahid şəbəkə üzrə informasiya xidməti yaradılıb.

“Azərbaycanın əsas kanalları üzərində 150 nöqtədə müasir suölçən cihazlar quraşdırılıb, hazırda daha 40 ədəd suölçən cihazların quraşdırılması üçün hazırlıq işləri həyata keçirilir. Aparılan ölçmələr nəticəsində əldə olunan məlumatların onlayn rejimdə “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiya edilməsi nəzərdə tutulub”, – Ə. Şirinov əlavə edib.

Əvvəlki Yazı

Ekspert: Moldova Ukraynanın dağılması halında Qərb üçün tramplin ola bilər

Növbəti Yazı

Fuad Hüseynəliyev: Cənubi Qafqazın təhlükəsizliyini Azərbaycanın iştirakı olmadan nəzərdən keçirmək olmaz

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.