Keçən ilin fevral ayında mərkəzi Kahramanmaraş olan 11 vilayətdə “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlər Türkiyəni sarsıtmışdı. 14 milyon vətəndaşın birbaşa təsirinə məruz qalan zəlzələ ilə əlaqədar bütün ölkə ərazisində 7 günlük milli matəm elan edilib.
Türkiyədə fevralın 6-da saat 04.17-də Kahramanmaraşın Pazarcık rayonunda 7.7, Elbistan rayonunda isə 13.24-də 7.6 bal gücündə zəlzələ baş verib.
Kahramanmaraş ilə yanaşı Hatay, Osmaniye, Adıyaman, Diyarbakır, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığda da vurduğu fəlakətdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə yaralanıb.
Türkiyənin 4-cü səviyyəli xəbərdarlıq elan etdiyi zəlzələdən sonra aralarında beynəlxalq yardım da daxil olmaqla, 93 ölkədən axtarış-xilasetmə qrupları bölgədəki işlərə qatılıb.
Müdaxilə işləri çərçivəsində bölgədə 11 min 488-i beynəlxalq personal, 35 min 250-si axtarış-xilasetmə və 142 min təhlükəsizlik işçisi olmaqla cəmi 650 min personal çalışıb.