Polşa istehsalı olan “PIORUN” qısa mənzilli zenit-raket komplekslərinin (SAM) ilk partiyası Estoniyaya çatdırılıb. Bu barədə Baltikyanı respublikanın ERR dövlət televiziya və radio portalı məlumat yayıb.
“Estoniya Dövlət Müdafiə İnvestisiya Mərkəzi 2019-cu ildə PIORUN-da hazırlanmış Polşanın qısa mənzilli hava hücumundan müdafiə sistemlərini silahlı qüvvələrə təhvil verib”, – məlumatda deyilir.
Müqavilə məbləği 103 milyon avrodur.Estoniyaya çatdırılan sistemlərin ilk partiyası gecə də daxil olmaqla, 8 km-ə qədər məsafədə hədəfləri vurmağa imkan verir. (Tass)