Avqust 21, 2025-10:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Estoniya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

2024:01:26 - 12:19
in SİYASƏT
A A

Estoniya Parlamentində (Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş baş tutub.

Ölkəmizin Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Estoniya tərəfindən dostluq qrupunun sədri Riina Solman Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovla görüşdə parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə söhbət açıb. O, bu münasibətlərin daha da inkişafı məqsədilə sədrlik etdiyi Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin əzmlə fəaliyyət göstərəcəklərinə öz inamını bildirib.

Estoniyanın istər münaqişə dövründə, istərsə də müharibədən sonra daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən R.Solman ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu deyib. O, Azərbaycanın regionda yüksək templə inkişaf etdiyini vurğulayıb və ölkəmizə mümkün səfəri zamanı özünün bu fakta şahidlik edəcəyinə əminliyini diqqətə çatdırıb.

Səfir A.Məhərrəmov isə son illər ərzində parlamentlərarası əlaqələrin müsbət dinamika ilə inkişaf etdiyini vurğulayaraq bu tendensiyanın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib. Ölkəmizdə baş tutan və cari ildə təşkil olunacaq irimiqyaslı tədbirlərdən bəhs edən səfir işğaldan azad olunmuş Azərbaycan ərazilərində sürətlə həyata keçirilən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib.

Əvvəlki Yazı

Bakıda Mir Cəlal Paşayevin alman dilinə tərcümə edilmiş “Füzuli sənətkarlığı” kitabının təqdimatı olub

Növbəti Yazı

Politoloq: AŞPA və bəzi Qərb təşkilatları mənfi atmosfer formalaşdırmaqla inamsızlıq mühiti yaradırlar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.