Estoniyanın Riiqikoqu (parlamenti) Rusiya və Belarus vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutan respublika konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə birinci oxunuşda təsdiqləyib. Bu barədə Postimees məlumat yayıb.
Hakim koalisiya Avropa İttifaqı, NATO ölkələri vətəndaşlarının və ölkədə yaşayan vətəndaşlığı olmayan şəxslərin səsvermə hüquqlarını qoruyan qanun layihəsi təqdim edib. Müxalif Mərkəz Partiyası birinci oxunuşda bunu rədd etmək üçün əks təşəbbüslə çıxış etsə də, onu cəmi 7 deputat dəstəkləyib. Hakim çoxluqdan düzəlişlərin lehinə 79 xalq nümayəndəsi çıxış edib.
İndi Rusiya Federasiyası və Belarus vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi haqqında qanun layihəsinə ikinci oxunuşda baxılacaq. Konstitusiyaya müvafiq düzəlişlər etmək üçün o, parlamentdə üç oxunuşdan keçməlidir. Bundan sonra, 2025-ci ilin aprelindən gec olmayaraq, Estoniyanın Əsas Qanununa dəyişikliklər edilə bilər. Ölkədə növbəti bələdiyyə seçkiləri 2025-ci ilin oktyabrında keçirilməlidir. (Tass)