İyun 13, 2025-15:22
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Estoniya Prezidenti İlham Əliyevi təbrik etdi

Estoniya Prezidenti Alar Karis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım. Zati-alinizə və xalqınıza uğurlar, firavanlıq və rifah arzulayıram.

Bu gün ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, Estoniya-Azərbaycan əməkdaşlığı gələcəkdə daha da dərinləşəcəkdir.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin”.