Estoniya prezidenti Alar Karis yerli hakimiyyət orqanlarına Rusiyanın fiziki və hüquqi şəxslərinin dondurulmuş aktivlərini müsadirə etməyə imkan verən qanun layihəsini təsdiqləyib.
“Bu normalara uyğun olaraq, fiziki və ya hüquqi şəxsə qarşı qanunsuz hərəkətlərin törədilməsi və ya bu cür hərəkətlərin törədilməsinə köməklik göstərilməsi ilə əlaqə yaranarsa, vurulmuş ziyana görə əmlak müsadirə oluna bilər” – ERR dövlət televiziya və radiosu onun sözlərini sitat gətirir.
Karis izah edib ki, müsadirə yalnız “hərbi təcavüzdə fəal iştirak edən və ya döyüş qaydalarını pozan” şəxslərə şamil ediləcək. (Tass)