Estoniyada eynicinsli cütlüklərin nikah üçün müraciət etmək hüququ var. ERR milli dövlət televiziya və radio portalının məlumatına görə , parlamentin müvafiq qərarı qüvvəyə minib.
“Ailə qanunvericiliyinə nikahın iki şəxs arasında olmasını müəyyən edən və nikahın kişi ilə qadın arasında olması qaydasını ləğv edən dəyişikliklər qüvvəyə minib”, – deyə məlumatda bildirilir.
Dekabrın sonunda qeyd şöbəsində adi “kişi” və “qadın” əvəzinə “birinci həyat yoldaşı” və “ikinci həyat yoldaşı” yazılan yeni formalar meydana çıxdı. Köhnə üslublu formalar da hələ də mövcuddur. (Tass)