“Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”.
“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
İcma sədri xatırladıb ki, “Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu mövcuddur: “Bu Qanun 1999-cu il mayın 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb”.
Ə.Ələkbərli vurğulayıb ki, artıq bu gün məcburi köçkün anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir: “Həm bu səbəbdən, həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasına uyğunlaşdırmaq baxımından elə hesab edirəm ki, bu qanuna yenidən baxılmalı, Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”.