Fələstinin səhiyyə naziri Mey əl-Keyle İsrailin bombardmanları altında Qəzza zolağında səhiyyə sisteminin çökə biləcəyi barədə xəbərdarlıq edib və təcili dəstək istəyib.
Fələstinin səhiyyə naziri Mey əl-Keyle verdiyi yazılı açıqlamada İsrailin hücumlarını intensivləşdirdiyi Qəzzada xəstəxanalarda tibbi ləvazimatlarla bağlı ciddi problemlərin olduğunu bildirib.
Xəstəxanaların tutumundan daha çox yaralı olduğuna diqqət çəkən Keyle, “Qəzza zolağında səhiyyə sisteminin çökməsinə qarşı xəbərdarlıq edirik” deyib
Fələstinli nazir minlərlə yaralının, o cümlədən uşaqların xilas edilməsi üçün beynəlxalq təşkilatlardan, xüsusilə Beynəlxalq Qızıl Xaç Təşkilatı və Birləşmiş Millətlər Təşkilatına bağlı təşkilatlardan təcili tibbi yardım istəyib. O, Zolaqda səhra xəstəxanalarının yaradılmasına çağırıb. (Tass)