İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Fələstin dövlətinin yaranacağı təqdirdə Romanın öz hərbi personalını göndərməyə hazır olduğunu bildirib.
“İtaliya hökuməti sülh naminə çalışır, biz İsrailə dost ölkəyik, lakin biz sülhü təşviq etmək, o cümlədən Fələstin dövləti yaranarsa, kontingentimizi göndərməyə hazır olmaq istəyirik” dedi.
İtaliyalı nazir bundan əvvəl Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün mümkün beynəlxalq sülhməramlı missiyada iştirakını istisna etməyib.
Nazir X sosial şəbəkədə xəbər verdiyi kimi, o, əvvəllər bütün ərəb dövlətlərinin səfirlərini qəbul edib və onlarla söhbətdə Romanın Yaxın Şərqdə daha da gərginləşməsinin qarşısını almaq istəyini təsdiqləyib. “İtaliya “Yeddilik Qrupunun” sədri kimi regionun əsas nümayəndələrini təmkinli olmağa inandırmaq üçün hər cür səy göstərir”, – deyə Tajani bildirib.
(Tass)