Ərəb dövlətləri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı qətnamə layihəsi üzərində işə başlayacaq. Fələstin Dövlətinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur çərşənbə axşamı jurnalistlərə bildirib.
“Bu gecə və sabah Təhlükəsizlik Şurasında intensiv danışıqlara başlayacağımız başqa bir qətnamə layihəsi yük maşınlarının təkcə Rəfah keçidindən deyil, Qəzzadakı bütün keçidlərdən, xüsusən də bir neçə keçid məntəqəsindən keçməsinə icazə verilməsini tələb edəcək. Yük maşınlarını yoxlamaq üçün texnologiya var” deyib.
“Qəzzə zolağının əhalisinin buna ehtiyacı var. Biz də atəşkəsə nail olmalıyıq ki, bu böyük həcmdə humanitar yardım Qəzza zolağının hər küncünə çatsın”, – diplomat əlavə edib və vəzifənin yüzlərlə yük maşınına icazə vermək olduğunu vurğulayıb. (Tass)