Fələstin rəhbərliyinin təxliyə və torpaqlarını tərk etmək planları yoxdur və mülki insanlar da tərk etməyə hazır deyillər. Bunu TASS-a Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl deyib.
“Xeyr. Bu, bizim ərazimiz, ölkəmiz, torpağımızdır. Onlar (İsraillilər – TASS qeydi) hər gün insanları öldürürlər, lakin insanlar oranı tərk etməyə hazır deyillər”, – o, İsrail rəhbərliyinin evakuasiyası ilə bağlı sualını cavablandırarkən deyib.