İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar başlayandan bəri İordan çayının qərb sahilində İsrail hərbçilərinin və polisin əməliyyatlarının qurbanlarının sayı 685-ə çatıb.Belə məlumatları Fələstin Səhiyyə Nazirliyi yayıb.
Onun sözlərinə görə, 2023-cü ilin oktyabrından indiyədək İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 5700 fələstinli yaralanıb. Təkcə ötən çərşənbə günündən İsrail ordusu bir neçə şəhərdə və qaçqın düşərgələrində genişmiqyaslı reydlərə başladığı zaman bölgədə 33 ərəb öldürülüb, 130-a yaxın adam yaralanıb. Ölənlər arasında ona yaxın yeniyetmə və qoca da var.
Bir müddət əvvəl Qəzza Səhiyyə Nazirliyi İsrailin 2023-cü ilin oktyabr ayından bu yana anklavda keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayının 40 819 nəfərə yüksəldiyini, daha 94 291 nəfərin yaralandığını bildirmişdi.