Beynəlxalq Ədalət Məhkəməsi Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu və İsrail işğalını qanunsuz olaraq tanımağa borcludur. Bu çağırışı Fələstinin xarici işlər naziri Riyad əl-Maliki beynəlxalq məhkəmədə dinləmələr zamanı edib.
“Biz Beynəlxalq Ədalət Məhkəməsini Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımağa və İsrail işğalını qeyri-qanuni elan etməyə çağırırıq. Uzun müddətdir əziyyət çəkdiyimiz ikili standartlara son qoymağın vaxtıdır: beynəlxalq hüquq bütün xalqlar üçün və heç bir şərt olmadan həyata keçirilir”, – o, BMT Baş Assambleyasının İsrailin işğal olunmuş Fələstin ərazilərindəki hərəkətlərinin hüquqi nəticələrinə dair məsləhət rəyi tələbi çərçivəsində təşkil edilən Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrində çıxışı zamanı vurğulayıb. . Fələstin xarici işlər naziri qeyd edib ki, “BMT Nizamnaməsi Fələstin xalqının öz müqəddəratını təyinetmə hüquqlarını tanıyır”, İsrail isə mütəmadi olaraq fələstinlilərə qarşı beynəlxalq hüququ pozur və “irqi ayrı-seçkilik, ərazilərin zorla ələ keçirilməsi və aparteid siyasətini” davam etdirir.
Əl-Maliki əmindir ki, “Yaxın Şərq regionunda sülh və təhlükəsizliyin bərpası üçün Fələstin dövlətinin mövcudluğunun tanınması lazımdır”.
Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələri bir həftə davam edəcək və orada Rusiya Federasiyası, Misir, Çin, ABŞ və Cənubi Afrika da iştirak edəcək. İsrail debatda birbaşa iştirakdan imtina edib və görüşlərin mövzusu ilə bağlı yazılı açıqlamalarını Haaqa məhkəməsinə göndərib. (Tass)