Fələstin Xarici İşlər Nazirliyi bütün dünya ölkələrini İsraillə münasibətlərə yenidən baxmağa və Qəzza zolağında gərginliyin qarşısını almaq üçün yəhudi dövlətinə təzyiq göstərməyə çağırıb.
“Davam edən qanlı təcavüzlə əlaqədar nazirlik bütün ölkələri işğalçı dövlətlə (İsrail nəzərdə tutulur – TASS qeydi) münasibətlərinə yenidən baxmağa və Qəzza zolağında apardığı dağıdıcı müharibəni dayandırmaq üçün ona real təzyiq göstərməyə çağırır”- mətni departamentin Facebook səhifəsində dərc edilib.