Fələstin Administrasiyası İsrailin Qəzza zolağında yenidən təcavüzkar hərəkətlərinə görə ABŞ-ın məsuliyyət daşıdığını deyib. Bu barədə cümə günü Fələstin prezidentinin mətbuat katibi Nəbil Əbu Rudeyna bildirib.
“İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı yenidən təcavüzü, işğalçı İsrail qüvvələri və İordan çayının qərb sahilindəki terrorçu məskunlaşmaçılar tərəfindən cinayətlərin artması ilə müşayiət olunan etnik təmizləmə və soyqırımın davamıdır”, – deyə rəsmi bildirib. Onun sözlərinə görə, “İsrailin hücumlarını dayandırmağa məcbur edə bilməyən ABŞ administrasiyası təcavüzün yenidən başlanmasına görə məsuliyyət daşıyır”.
Dekabrın 1-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında döyüşləri bərpa etdiyini açıqlayıb. (Tass)