İsrail hakimiyyəti yaralı fələstinlilərin Misirə köçürülməsi üçün Qəzza zolağının şimalından anklavın cənubuna daşınmasının qarşısını alır. Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudra məlumat verib.
“İsrail işğalçı qüvvələri yaralıların daha sonra Rəfah keçid məntəqəsinə çatdırılması və müalicə üçün Misirə təhvil verilməsi və sektorun şimalındakı xəstəxanalardan cənub bölgələrinə daşınmasına mane olur”, – Əl-Qahira ai-İhbariya Telekanal onun sözlərini sitat gətirib. (Tass)