Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək. Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud CNN telekanalına müsahibəsində bildirib.
O, jurnalistin müvafiq sualına cavabında deyib: “Bizim üçün faydalı olan yeganə yol budur: “Beləliklə, [cavab] bəli, çünki sabitliyə ehtiyacımız var, ümid edirəm ki, bu, Fələstin probleminin həlli ilə əldə olunacaq. ” (Tass)