Fələstin prezidenti Mahmud Abbas İsrailin Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində keçirdiyi xüsusi əməliyyatla əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasının çağırılmasının təşəbbüskarı olmaq üçün ölkənin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsura göstəriş verib. Bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvləri “İsrailin Nuseyratdakı təcavüzünün nəticələrini müzakirə etməli olacaqlar, nəticədə yüzlərlə insan həlak olub və yaralanıb”. Abbas hazırda BMT Təhlükəsizlik Şurasında təcili iclasın keçirilməsini təmin etmək üçün “ərəb ölkələrinin liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə fəal danışıqlar aparır”. (Tass)