Yerli əhali Qəzza zolağından köçmək fikrində deyil, çünki bura onların torpağıdır. Bu barədə TASS-a Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl bildirib.
“Xeyr, əlbəttə ki, yox. Bu, bizim torpağımız, vətənimiz, evlərimizdir. Niyə biz Sinay yarımadasına getməliyik? İsrail bunu istəyir, amma biz istəmirik”, – o, yerli sakinlərin təxliyəsi planları ilə bağlı sualı cavablandırıb.
(Tass)