2023-cü ilin oktyabrından bu anklavda əməliyyatların başlamasından bu yana İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 40,8 mindən çox fələstinli həlak olub. Qəzzanın Səhiyyə Nazirliyi bu barədə öz teleqram kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 40 819-a yüksəlib, daha 94 291 nəfər yaralanıb”, – departamentin açıqlamasında bildirilir. Qəzza Səhiyyə Nazirliyi qeyd edib ki, “son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 33 fələstinli həlak olub, 67 nəfər yaralanıb”. (Tass)