İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsinə silsilə hücumlar həyata keçirib, nəticədə bir neçə yaşayış binası dağıdılıb. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudranın Əl Hadath telekanalına verdiyi məlumata görə, ölənlərin sayı 50-dən çoxdur.
“Qurbanların sayı xeyli çox ola bilər, çünki Cəbəliyyə Fələstin anklavında əhalinin ən sıx məskunlaşdığı ərazidir”, o deyib. (Tass)