Qəzza zolağına yardımın qarşısını almağa çağıran İsrailin maliyyə naziri Bezalel Smotriçin açıqlamaları beynəlxalq hüququn pozulmasıdır və Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrail rəsmisinin həbsinə order verməlidir. Bu açıqlama ilə Fələstin Xarici İşlər Nazirliyi çıxış edib.
“Qəzzada 2 milyon fələstinlinin aclıqdan ölməsinə icazə verən İsrail Maliyyə Nazirliyinin rəhbəri Smotriçin sözləri beynəlxalq hüququn və əsas humanist prinsiplərin kobud şəkildə pozulmasını ifadə edir. Xarici İşlər Nazirliyi BCM-ni soyqırımın davam etdirilməsi və Fələstinin mülki əhalisinə qarşı kollektiv cəzaların tətbiqini nəzərdə tutan siyasətə dəstək ittihamı ilə nazir Smotrixin həbsinə order verməyə çağırır”, – Fələstin Xarici İşlər Nazirliyinin Facebook səhifəsində deyilir. (Tass)