Avqust 21, 2025-13:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Fələstinin baş naziri İsrailin UNRWA-nın Qüdsdəki fəaliyyətini məhdudlaşdırmaq qərarını pisləyib

2024:02:12 - 14:41
in DÜNYA
A A

Fələstinin baş naziri Məhəmməd Ştayye İsrailin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qüdsdəki ofisini bağlamaq və fəaliyyətini məhdudlaşdırmaq qərarını pisləyib. O, bu barədə hökumətin iclasının açılışında bildirib.

“Biz İsrailin UNRWA-nın qərargahını bağlamaq və onun işini məhdudlaşdırmaq qərarını qınayırıq”, – deyə Əl Hadath telekanalı Ştayyedən sitat gətirib. Onun sözlərinə görə, “işğal Fələstin Muxtariyyətinə iqtisadi və maliyyə ziyanı vurur” və “onun administrasiyasını Qəzza zolağından çıxarmağa cəhd edir”.

O, həmçinin bildirib ki, İsrail “İordan çayının qərb sahilində 700-dən çox hərbi nəzarət məntəqəsi yaradıb”. Onun sözlərinə görə, israillilər “Fələstində terrorun bütün formalarını” törədirlər. Ştayye “İsrailin Qəzza zolağına qarşı təcavüzünə son qoyulmasını və işğalçı ordunun çıxarılmasını” tələb edərək, “Fələstin xalqının öz torpaqlarında qalacağını və oranı tərk etməyəcəyini” vurğulayıb.

Yanvarın sonunda bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Almaniya, Kanada, ABŞ və Yaponiya UNRWA-nın əməkdaşlarının radikal HƏMAS hərəkatı ilə əlaqəsi olduğundan şübhələndiyinə görə ona maliyyə ayrılmasını dayandırdıqlarını elan etdilər. Agentliyin baş komissarı Filip Lazzarini ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda əli olduğu iddia edilən bir neçə tabeliyində olan əməkdaşın işdən çıxarılmasına göstəriş verib. (Tass)

Əvvəlki Yazı

Haaqa məhkəməsi Hollandiyaya F-35 ehtiyat hissələrinin İsrailə tədarükünü dayandırmağı əmr edib

Növbəti Yazı

Zelenski hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanunlar imzalayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.