Fələstinin “İslam Cihadı” radikal hərəkatı Ramazan ayının müsəlmanların müqəddəs orucunun ilk günü olan martın 11-ni Qəzza zolağına dəstək günü kimi qəbul etmək təklifi ilə İslam dövlətlərinə müraciət edib. Bu çağırışı İslami Cihadın hərbi qanadı – Saraya əl-Qüds (Qüds şirkətləri) qrupunun nümayəndəsi Əbu Həmzə edib.
“Biz ərəb və islam xalqlarını Ramazan ayının ilk orucu gününü Qəzzaya beynəlxalq dəstək günü kimi qəbul etməyə çağırırıq”, – Əbu Həmzə hərəkatın Teleqram kanalında yayımlanan videomüraciətdə bildirib. Onun sözlərinə görə, “[İsrail qüvvələrinə] müqavimət Fələstin torpaqlarının işğalı bitənə qədər davam edəcək”. Əbu Həmzə qeyd edib ki, bu müqavimət “Qəzzada, Livanda, Yəməndə və İraqda vahid mübarizə meydanında” baş verəcək.
Saraya əl-Qüds nümayəndəsi bildirib ki, Qəzzada hərbi əməliyyatlar bitdikdən sonra Fələstin torpaqlarında nizamlanma məsələlərini “[İsrailin hazırkı hökumətinin baş naziri Benyamin] Netanyahu deyil, müqavimət döyüşçüləri həll edəcək”. (Tass)