Fələstinin “İslami Cihad” radikal hərəkatı Qəzza zolağında saxlanılan girovlardan birinin mühafizəçiləri ilə əlaqəni kəsib. Bu barədə təşkilatın hərbi qanadı olan Saraya əl-Qüds (Qüds Şirkətləri) qrupu məlumat yayıb.
“Dünəndən biz girov Roma Breslavskini qoruyan döyüşçülərlə əlaqəmizi itirmişik. Onun taleyi hələ ki, məlum deyil”, – qrupun Telegram kanalında dərc olunmuş mesajda deyilir. (Tass)