Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva müsabiqənin qaliblərinin mükafatlandırıma mərasimində deyib.
O bildirib ki, insan ən böyük investisiyanı beyninə qoyur:
“Bunu kimsə sizdən ala bilməz. Maddi şeylər itə bilər, amma biliyə qoyduğun investisiya hər zaman qalır. Müasir dövrdə o cəmiyyətlər inkişaf edir ki, biliyə investisiya qoyurlar”.