İyun 24, 2025-3:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Fərid Şəfiyev: Azərbaycan ABŞ-dan asılı deyil

2023:11:23 - 16:35
in GÜNDƏM
A A

“ABŞ Senatında 907-ci düzəliş 1992-ci ildə qəbul olunmuşdu. 2001-ci ilə qədər, yəni doqquz il ərzində bu qüvvədə idi. O vaxt Azərbaycan torpaqları işğal olunmuşdu, iqtisadi, sosial vəziyyəti çox mürəkkəb idi. O zaman ABŞ belə bir embarqo tətbiq etmişdi, bu düzəlişi qəbul etmişdi. Amma Azərbaycan yol tapdı, Azərbaycanın müstəqilliyini saxladı, gücləndirdi, iqtisadiyyatını yavaş-yavaş inkişaf etdirdi. Hərbi cəhətdən də Azərbaycan yollar tapdı, Ordumuz gücləndi”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

Fərid Şəfiyev xatırladıb ki, 907-ci düzəlişin tətbiqi 2001-ci ildə dayandırılıb:

“Niyə? Ona görə ki, ABŞ Əfqanıstanda əməliyyata başladı. Yəni ABŞ-ın bizə ehtiyacı var idi. Bizim ABŞ-a hərbi cəhətdən ehtiyacımız yox idi. Onsuz da 2001-ci ildən bu yana bizə verilən yardım daha çox Amerika maraqlarına xidmət edirdi. Məsələn, Xəzər dənizində olan bəzi avadanlıqlar, gəmilər verilib ki, onlar bizim hərbi potensialı o qədər də gücləndirməyiblər. Azərbaycan Ordusunu öz hesabına inkişaf etdirib, Amerikadan demək olar ki, silah almayıb. Silahların əksəriyyəti digər mənbələrdən əldə olunub”.

BMTM-nin İdarə Heyətinin sədri, həmçinin qeyd edib ki, Əfqanıstanda da Azərbaycan ABŞ-a yardım etdi. İndi düşünürlər artıq Əfqanıstanda Azərbaycanın yardımına ehtiyac yoxdur:

“Bu son hadisələr də göstərir ki, Amerikanın siyasəti ardıcıl deyil. Ola bilər ki, gələn il Amerikada seçkilər keçirilər yeni bir administrasiya gələr, onlar yanaşmanı dəyişdirər. Özləri bilərlər, dəyişdirirlər ya yox. Azərbaycan hərbi cəhətdən ABŞ-dan asılı deyil”.

Müsahibənin geniş versiyası ilə yaxın saatlarda tanış ola bilərsiniz.

Əvvəlki Yazı

Belarus Təhlükəsizlik Şurası bildirib ki, Ermənistan KTMT sammitinin heç bir qərarını əngəlləməyib

Növbəti Yazı

KTMT Baş Qərargah rəisi vəzifəsinə general-polkovnik Serdyukovun namizədliyinə baxacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.