İyun 15, 2025-11:59
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Fərid Şəfiyev: Azərbaycan və Türkiyə xalqları arasındakı birlik sarsılmazdır

“İki dövlət, bir millət” konsepsiyası ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb və Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin əsasını təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Fərid Şəfiyev iki xalqın birliyinin ortaq tarixi, dili və mədəni dəyərlərinə söykəndiyini bildirib: “2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verib, bu qardaşlığın real gücünü nümayiş etdirib. Bəzən iki ölkə arasında fikir ayrılıqları meydana gəlsə də, bu məsələlər dövlət səviyyəsində qarşılıqlı anlaşma ilə həll olunub. Bəzi xarici qüvvələr bu münasibətlərdən sui-istifadə etməyə çalışsa da, Azərbaycan və Türkiyə xalqları arasındakı birliyin sarsılmaz olması bu cəhdləri nəticəsiz qoyub”.