“Bundan sonra Ermənistanla olan problemlər hərbi müstəvidə yox, elmi, media və hüquqi müstəvidə davam edəcək”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev “Laçın-Xankəndi yolu ətrafında mübahisələr” adlı hesabatın təqdimatında deyib.
Onun sözlərinə görə, ermənilər hələ də Azərbaycana qarşı kampaniya aparır, ölkəmizi erməni əhalini zorla köçürməkdə ittiham edirlər: “Bizim də iddialarımız var, zərər çəkmişik, torpaqlarımız işğal olunub. Ermənilərin bu hərəkətləri göstərir ki, onlar müharibəni davam etdirmək istəyirlər”.