Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktı Azərbaycanın əleyhinə yürüdülən siyasətin nəticəsidir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.