İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəkləyən çox azsaylı ölkələrdən biri də Səudiyyə Ərəbistanı oldu. Azərbaycanın ərazilərini uzun illər işğal altında saxladığı üçün Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik münasibətlər qurmayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqaz – Yaxın Şərq regionu: geosiyasət və əməkdaşlıq” adlı hesabatın təqdimatı zamanı çıxışında bildirib.
“Qarabağ məsələsində biz nəinki hərbi işğalla rastlaşmışdıq, həmçinin Qərb mediasının qarayaxma kampaniyasına məruz qalmışdıq”, – deyən F.Şəfiyev vurğulayıb ki, indi belə ikili standartlarla Səudiyyə Ərəbistanı husilərlə mübarizədə üzləşib.