İyun 16, 2025-14:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fərid Şəfiyev: İslamofobiya geosiyasi təhdiddir

2025:05:26 - 11:10
in SİYASƏT
A A

İslamofobiya sadəcə fərdi bir nifrət deyil, geosiyasi təhdiddir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

“Bu, beynəlxalq müstəvidə münaqişə və terrorizmə belə səbəb olur. Azərbaycan isə radikal qrupların fəaliyyətinə tam qarşıdır. Biz sülh naminə səylərimizi davam etdirməliyik”, – o qeyd edib.

F.Şəfiyev qeyd edib ki, islamofobiya hallarının artdığı və müsəlman icmalarına qarşı dövlət səviyyəsində həyata keçirilən təzyiq, ayrı-seçkilik fəaliyyətlərinin genişləndiyi müşahidə edilir.

Onun sözlərinə görə, Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur ki, bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar:

“Milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür. Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Və bu tendensiyanı mədəni vahidliyin qorunması narrativləri ilə əsaslandırırlar”.

F.Şəfiyev vurğulayıb ki, İslamofobiya qlobal sabitlik və birliyə ciddi təhlükə törədir, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa xələl gətirir.

Qeyd edək ki, martın 15-i İslamofobiya ilə Beynəlxalq Mübarizə Günüdür. Bu, ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Əvvəlki Yazı

Bakıda top mərmisi tapılıb

Növbəti Yazı

Əfv sərəncamı xarici vətəndaşlara da şamil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.