İyun 12, 2025-16:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

FAO: 10 ildə Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində 50 milyon dollarlılıq layihə icra edilib

2025:06:10 - 15:33
in İQTİSADİYYAT
A A

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində son 10 ildə Türkiyə, Azərbaycan və Orta Asiya ölkələrini əhatə edən 50 milyon ABŞ dolları dəyərində layihələr icra edilib.

“Report” xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisində deyib.

O bildirib ki, FAO-Türkiyə Tərəfdaşlıq Proqramı hazırda davam edir: “Bu layihələr hər bir ölkənin kənd təsərrüfatı sahəsində mövcud olan özünəməxsus problemlərinə uyğun şəkildə hazırlanır. Məsələn, Orta Asiya ölkələrində əsas problemlərdən biri su ilə bağlıdır. FAO olaraq, bu ölkələrə dünyada uğurla tətbiq olunan effektiv praktikaları gətirməyə çalışırıq”.

FAO rəsmisi əlavə edib ki, əsas məqamlardan biri də region ölkələri arasında əməkdaşlığın gücləndirilməsidir:”Biz mütəmadi olaraq qarşılıqlı təcrübə mübadiləsi səfərləri təşkil edirik. Bu günə qədər kifayət qədər sayda belə tədbir təşkil olunub. Dövlət qurumlarının nümayəndələri müxtəlif ölkələrə səfər edərək, həmin ölkələrin təcrübəsini öyrənir. Eyni zamanda bizim tətbiq etdiyimiz praktikaların digər ölkələrdə yayılması üçün də fəaliyyətlər həyata keçirilir”.

O, FAO ilə Azərbaycan arasında mövcud olan tərəfdaşlığa toxunaraq xatırladıb ki, FAO-nun Azərbaycandakı nümayəndəliyi 2015-ci ildən etibarən fəaliyyət göstərir: “Fəaliyyətimiz həm ölkələrlə qarşılıqlı əməkdaşlıq proqramları, həm də regional və qlobal layihələr çərçivəsində həyata keçirilir. Azərbaycan nümunəsində qeyd etmək istərdim ki, hazırda Azərbaycan hökuməti ilə tərəfdaşlıq proqramımız davam edir və bu proqram çərçivəsində kənd təsərrüfatının müxtəlif sektorlarında layihələr hazırlanıb”.

Əvvəlki Yazı

Qazaxıstanın keçmiş müdafiə naziri saxlanması ilə bağlı xəbərləri təkzib edib

Növbəti Yazı

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında viza rejiminin ləğvini təsdiqləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.