Avqust 14, 2025-8:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

FAO: Kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensial var

2023:12:06 - 17:45
in İQTİSADİYYAT
A A

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Azərbaycan və FAO arasında səmərəli tərəfdaşlığın iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən kənd təsərrüfatının və qida təhlükəsizliyinin gücləndirilməsinə, təbii resursların səmərəli idarə edilməsinə töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, birgə həyata keçirilən layihələr kənd yerlərinə sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılmasına, aqrar məşğulluğun artmasına təkan verir.

Muhammad Nasar Hayat Azərbaycanın FAO-nun önəmli tərəfdaşlarından biri olduğunu bildirib. Qurum rəsmisi digər sahələr üzrə birgə proqramların reallaşdırılması, o cümlədən kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensialın olduğunu deyib, qarşılıqlı işbirliyinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər FAO ilə Azərbaycan arasında əməkdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmini və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Əvvəlki Yazı

Anar Quliyev COP28 konfransı çərçivəsində keçirilən Nazirlər Toplantısında iştirak edib

Növbəti Yazı

Slovakiya Macarıstanla sərhəddə yoxlamaları yanvarın 22-dək uzadıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.