Avqust 26, 2025-8:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fatma Səttarova: Ulu Öndər Heydər Əliyev xalqına fədakarcasına xidmət edirdi

2024:01:11 - 15:51
in SİYASƏT
A A

 

Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr verib. Bu şanlı qələbədə böyük payı olan xalqımız cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onlardan biri də bu il Fatma Səttarovadır. Onu Azərbaycan ictimaiyyəti və xalqı yaxşı tanıyır. Uzun illər rəhbər vəzifələrdə çalışan Fatma Səttarova yaşadığı bütün çətinliklərə baxmayaraq, taleyindən razıdır. İkinci Dünya müharibəsi veteranı, “İstiqlal” ordenli F.Səttarova ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir.

İkinci Dünya müharibəsindən sonra Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə oxuyub. Ümummilli Lider o vaxt Tarix fakültəsində qiyabi təhsil alırdı. Sonralar Ulu Öndər Heydər Əliyevlə hər dəfə görüşəndə 1950-ci illərdə universitetdə birlikdə təhsil aldığı illəri xatırlayardılar.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova AZƏRTAC-a açıqlamasında deyib ki, o görüşlərdə həmişə mənimlə səmimi zarafatlar edərdi: “Çünki biz həmyaşıd idik. Heydər Əliyev bacarıqlı rəhbər idi və xalqına fədakarcasına xidmət edirdi. İnsanlarla görüşəndə səmimi və mehriban rəftarı, uşaqlara göstərdiyi xüsusi qayğı sayəsində kiçikdən-böyüyədək hər kəsin sevgisini qazanmışdı.

Ümummilli Liderlə bağlı maraqlı məqamlara toxunan veteran daha sonra deyib: “Cəbhədən yeni qayıtmış gənc qız idim. Müharibəyə gedəndə baş leytenant idim, gələndə isə polkovnik rütbəsi verdilər. Vaxtilə Ulu Öndərə deyirdim ki, Siz general, amma mən polkovnikəm. O isə zarafatla deyirdi eybi yox, gələcəkdə sən də general olarsan, Fatma xanım. Dahi şəxsiyyətin bu sadəliyi, təvazökarlığı qarşısında onu sevməmək mümkün deyildi. Bəzən isə mənə müharibə ilə bağlı suallar verirdi. Bir dəfə soruşdu ki, sən doğrudan müharibə zamanı Berlinə qədər getmisən? Cavab verdim ki, bəli, getmişəm. Mən texnikum bitirmişdim və şəfqət bacısı idim. Odur ki, ordudan kənarda qala bilməzdim.

Biz Prezidentimiz İlham Əliyevlə həmişə fəxr etmişik

Heydər Əliyevdən sonra Azərbaycanı məhz onun təlim-tərbiyəsini görmüş, xalqı, Vətəni naminə çəkdiyi əziyyətlərə yaxından şahidlik etmiş şəxs idarə edə bilərdi və belə də oldu. Ulu Öndərin yolu ilə gedən Prezident İlham Əliyev öz qətiyyəti, dünyagörüşü və uzaqgörənliyi ilə ölkəmizi daha da irəli apardı. Dahi şəxsiyyətin Qarabağı azad görmək arzusunu 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günə reallaşdırdı. Ötən il isə bir günlük antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu”.

Həmsöhbətimiz qeyd edib ki, veteranlar Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, onun respublika rəhbərliyinə davam etməsini istəyirlər. “Xalqımıza müraciət edərək deyirəm ki, ölkəmizin qədrini ancaq Azərbaycanın çörəyi ilə böyüyən şəxsiyyət bilər. Vətəndaşlarımızı düzgün yola – İlham Əliyev yoluna dəvət edirəm. Vətən müharibəsi qazilərimiz və gənclərimiz də xalqımıza, dövlətimizə xidmət edən Prezidentimizi ürəkdən dəstəkləyirlər. Biz Prezidentimiz İlham Əliyevlə həmişə fəxr etmişik”, – deyə Fatma Səttarova vurğulayıb.

Qeyd edək ki, ötən il dekabrın sonlarında “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Yığıncaq iştirakçıları Prezident İlham Əliyevə dəstəklə bağlı Bəyanat qəbul ediblər. Tədbirdə Fatma Səttarova ölkədə veteranlara göstərilən qayğı və diqqəti minnətdarlıqla xatırladıb. O, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı veteranların hamisi adlandırıb. Təşkilatının sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsinin tarixi önəmindən söz açıb.

Əvvəlki Yazı

Azərbaycan-Latviya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Növbəti Yazı

Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.