Strateji yerləşməsinə, zəngin təbii sərvətlərinə və investorlar üçün əlverişli iqtisadi siyasətinə görə Azərbaycan perspektivli investisiya məkanıdır. Ölkə sürətlə inkişaf edən iqtisadiyyatı və xarici biznesə dövlət tərəfindən verilən stimullar sayəsində müxtəlif sektorlarda investorlar üçün böyük imkanlar mövcuddur. Bu dinamik bazarda öz mövqeyini təyin etmək üçün “Financial Chain Corporation” kimi təcrübəli konsaltinq şirkəti ilə əməkdaşlıq biznesinizə uğurlu dəyişiklik gətirə bilər.
Bildiyiniz kimi, Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və bu, onu mühüm ticarət və logistika mərkəzinə çevirir. Ona görə də Azərbaycana yatırım etmək biznes üçün faydalıdır. Bundan əlavə, ölkə neft, qaz və faydalı qazıntılarla zəngindir ki, bu da enerji sektoruna investisiya cəlb edir. Ölkədə bizneslərə vergi güzəştləri, investisiya üçün əlverişli qaydalar və dövlət dəstəyi də var. Nəqliyyat, texnologiya və daşınmaz əmlak sahəsində əhəmiyyətli inkişaf Azərbaycanı investorlar üçün cəlbedici seçimə çevirir. Enerji ilə yanaşı, kənd təsərrüfatı, turizm, İKT və istehsal kimi sektorlar gəlirli investisiya imkanları təklif edir.
Dünyanın 18 ölkəsində fəaliyyət göstərən aparıcı qlobal konsaltinq şirkəti olan “Financial Chain Corporation” Azərbaycana investisiya qoymaq istəyən şirkətlər üçün etibarlı biznes tərəfdaşıdır. Dərin bazar biliyi, zəngin təcrübəsi və “FCHAIN”in yerli kontaktlar şəbəkəsi investorlara hərtərəfli dəstək verir.
“FCHAIN” biznesinizə bazara girməkdə və biznes qurmaqda, hüquqi şəxsi qeydiyyatdan keçirməkdə və lisenziyalaşdırmaqda, texniki-iqtisadi əsaslandırmaları və bazar təhlilini aparmaqda, yerli tərəfdaşlıqların təşviqində, vergi və maliyyə məsləhətləri almaqda, vergitutmanın optimallaşdırılması strategiyasını hazırlamaqda və tələblərə uyğunluğu təmin etməkdə, maliyyənin planlaşdırılması və risklərin idarə edilməsində, əməkhaqqının hesablanmasının və mühasibat uçotu xidmətlərinin, həmçinin normativ tələblərin yerinə yetirilməsinin və hüquqi dəstəyin təmin edilməsində, əmək qanunvericiliyi və məşğulluq məsələlərində, əmək müqavilələrinin tərtib edilməsi və müzakirəsində, personalın idarə edilməsində və audit aparılmasında köməklik göstərə bilər .
Artıq bir çox transmilli şirkətlər “FCHAIN”in köməyi ilə Azərbaycanda uğurla fəaliyyət göstərirlər. “FCHAIN” mürəkkəb normativ aktlar mühitində öz mövqeyini tapmaq və fərdi biznes həlləri təqdim etməkdə investorlar üçün etibarlı tərəfdaşdır.
Azərbaycana sərmayə qoymaq gəlirli imkanlar yaradır, lakin yerli bazarı və qaydaları anlamaq uğur qazanmaq üçün çox vacibdir. İstər startap, istərsə də beynəlxalq korporasiya olsun, “FCHAIN” sizlərə Azərbaycan bazarının bütün potensialını açmaqda kömək edəcək.
“FCHAIN”in hədəfi biznesinizin uğurudur!