“FCHAIN”in Bakı ofisi şirkətin uğuruna töhfə verən qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli və səmimi tədbirlə təbrik edib.
Fəaliyyətində peşəkarlıq, bacarıq və liderlik nümayiş etdirən qadınların özəl günündə “FCHAIN”in Bakı ofisində əsl bayram əhvali-ruhiyyəsi hökm sürüb. Tədbirdə qadınlara səmimi təbriklər ifadə edilib, gözəl gül səbətləri təqdim olunub. Bu da kollektivə birliyin və dəyərin hiss olunduğu unudulmaz anlar yaşadıb.
Baş direktor Namiq Qədirov “FCHAIN”də gender bərabərliyinə və qadınların peşəkar inkişafına verilən önəmi xüsusi vurğulayıb.
“FCHAIN” həmişə iş yerində gender bərabərliyini və qadınların karyera yolunda irəliləməsini yüksək qiymətləndirib. Bu səbəbdən şirkət qadınların lider və yenilikçi kimi inkişaf etdiyi mühit yaratmağa davam edir”, – deyə N.Qədirov qeyd edib.
Şirkətin inkişafında qadınların əvəzolunmaz rolunu yüksək qiymətləndirən “FCHAIN”in idarəedici tərəfdaşı Zaur Qadirov əlavə edib: “Qadınlar hər bir uğurlu təşkilatın əsas sütunudur. Onların dözümlülüyü, intellekti və fədakarlığı innovasiya və mükəmməlliyə aparan yoldur. “FCHAIN”də qadınların irəlilədiyi, tanındığı və bərabər imkanlara malik olduğu bir mühit hökm sürür. Bu gün biz sizi təkcə peşəkarlar kimi deyil, eyni zamanda, şirkətimizin və cəmiyyətimizin gələcəyini formalaşdıran liderlər kimi təbrik edirik”.
Bu tədbir təkcə bir təbrik deyil, həm də “FCHAIN”in əsas dəyərlərinin – hörmətin, minnətdarlığın və dəyərin təzahürü idi. Şirkət bundan sonra da qadınların uğur qazanmaları və korporativ dünyada liderliyə yüksəlmələri üçün imkanlar yaratmağa davam edəcək.Azərtac.